Portuqaliya hakimiyyəti Çexiyanın Ukraynaya artilleriya mərmiləri vermək təşəbbüsünü dəstəkləmək və bu məqsədlə 100 milyon avro ayırmaq qərarına gəlib
Ucnoqta.az xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
“Portuqaliya Ukraynanı dəstəkləyəcək və böyük çaplı artilleriya sursatları üçün € 100 milyon ayıracaq. Bir sıra Avropa ölkələri ilə birlikdə biz Çexiyanın satınalma təşəbbüsünə qoşuluruq” - nazirliyin X hesabında bildirilir.