Portuqaliya Ukraynaya görə 100 milyon avro ayıracaq

14:49 - 15 Mart 2024 - DÜNYA

Portuqaliya hakimiyyəti Çexiyanın Ukraynaya artilleriya mərmiləri vermək təşəbbüsünü dəstəkləmək və bu məqsədlə 100 milyon avro ayırmaq qərarına gəlib

Ucnoqta.az xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

“Portuqaliya Ukraynanı dəstəkləyəcək və böyük çaplı artilleriya sursatları üçün € 100 milyon ayıracaq. Bir sıra Avropa ölkələri ilə birlikdə biz Çexiyanın satınalma təşəbbüsünə qoşuluruq” - nazirliyin X hesabında bildirilir.

Xəbər xətti