Vyetnamda kafedə kütləvi zəhərlənmə: 200-dən çox ...

10:41 - 15 Mart 2024 - DÜNYA

Vyetnamın Nha Trang şəhərindəki kafeyə getdikdən sonra zəhərlənmə əlamətlərinə görə ən azı 222 nəfər həkimə müraciət edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Vyetnam portalı Xan Hoa əyalətinin hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Məlumata görə, martın 13-də həmin kafedə yemək yedikdən sonra 60 nəfər yüksək hərarət, qusma və qarın ağrısı ilə xəstəxanaya yerləşdirilib. Sonradan zərərçəkənlərin sayı 222 nəfərə çatıb, onlardan 155 nəfərin müalicəsi xəstəxanalarda davam etdirilir, qalanları evə buraxılıb. Onların vəziyyəti stabildir.

Müvafiq orqanlar laboratoriya analizi üçün kafedən qida nümunələri götürüblər. Ölkənin Səhiyyə Nazirliyinin Qida Təhlükəsizliyi İdarəsi kafenin işinin dayandırılması və yoxlamaya başlanması barədə göstəriş verib.

Xəbər xətti