“Fukusima-1”dən su axıdılması bərpa ediləcək

09:01 - 15 Mart 2024 - DÜNYA

Martın 15-də "Fukusima-1" fövqəladə atom elektrik stansiyasının (AES) operatoru olan TERCO şirkəti zəlzələdən sonra dayandırılmış stansiyadan suyun axıdılmasını bərpa edəcək.

Ucnoqta.az xəbər verir ki, bu barədə Kyodo agentliyi məlumat yayıb.

"Tokyo Electric Power" enerji şirkətinin mütəxəssisləri radiasiya ilə təmizlənmiş su axıdılması sisteminin işini təhlil edib və hər hansı nasazlıq və ya zədə aşkar etməyiblər.

“Fukusima-1” avadanlığının istismarı martın 15-nə keçən gecə dayandırılıb.

Qeyd edək ki, bir gün əvvəl Yaponiya sahillərində, Fukusima prefekturasının yaxınlığında 5,8 bal gücündə zəlzələlər qeydə alınıb.

Xəbər xətti