Yəmən sahillərində gəmiyə hücum olub

05:39 - 15 Mart 2024 - DÜNYA

Naməlum şəxslər Yəmən sahillərində gəmiyə növbəti hücumu həyata keçirib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Koordinasiya Mərkəzinin (UKMTO) məlumat yayıb.

Qeyd olunur ki, hadisə Yəmənin Hudeyda limanından 50 dəniz mili (92,6 kilometr) cənub-qərbində baş verib.

Məlumata görə, sahibi gəminin üzərindən iki raketin uçduğunu bildirib. 

Xəbər xətti