Rusiya neftinin dəniz yolu ilə daşınmasının ən böyük alıcısı olan Hindistan iki aydır Kozmino limanından göndərilən Rusiyadan premium ESPO markalı nefti almır.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Kommersant” yazıb.
Əvvəllər ölkə daha bir yüksək dərəcəli neftin - Saxalin yataqlarında hasil olunan "Sokol"un idxalını kəskin şəkildə azaldıb. Buna yanacağa görə ödənişlərdə fikir ayrılıqları, habelə Rusiya Federasiyasından neftin qiymət tavanının sərtləşdirilməsi ilə bağlı Hindistan idxalçılarının narahatlığı səbəb olub.
Qeyd olunur ki, son bir ildə ESPO-nun Hindistana tədarük həcmi orta hesabla gündə təxminən 95 min barel, 2022-ci ilin ikinci yarısında isə 60 min barel təşkil edib.