Ukraynanın eks-prezidenti, Ali Radanın deputatı Pyotr Poroşenko hakimiyyətin onu xaricə buraxmaqdan imtina etməsi ilə bağlı məhkəmə prosesində uduzub.
Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, müvafiq qərarı Lvov Rayon İnzibati Məhkəməsi qəbul edib.
Keçmiş prezident Rada rəhbərliyinin Polşa və ABŞ-a işgüzar səfərini ləğv etməsini və Ukrayna Dövlət Sərhəd Xidmətinin sərhədi keçməkdən imtina etmək qərarını qanunsuz elan etməyi tələb edib.
Poroşenko həmçinin Ali Radanın vitse-spikeri Aleksandr Kornienkodan və Dövlət Sərhəd Xidmətinin 7-ci Karpat Sərhəd Dəstəsindən 1,17 milyon qrivna (30,3 min dollardan çox) məbləğində ezamiyyə xərclərini kompensasiya etməyi tələb edib.