Xorvatiya Sabor (birpalatalı parlament) qarşıdan gələn parlament seçkiləri ərəfəsində cümə axşamı keçirilən növbəti iclasından sonra buraxılıb.
Ucnoqta.az xəbər verir ki, bunu parlamentin spikeri Qordan Jandrokoviç deyib.
143 lehinə olmaqla parlament özünü buraxmaq qərarına gəlib.
Qanuna uyğun olaraq, Xorvatiya prezidenti Zoran Milanoviç seçki tarixini aprelin sonu - mayın əvvəlinə təyin etməli olacaq ki, bu müddət ərzində parlamentin 11-ci çağırışı da seçiləcək.