Fransanın “Sos Mediterranee” qeyri-hökumət təşkilatı Liviya sahillərində dənizdə ən azı 60 miqrantın öldüyünü bildirib.
Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, qəzaya uğrayan şişmə qayıqdan xilas edilən 25 nəfərdən alınan məlumata görə, gəmi bir həftədən artıqdır ki, açıq dənizdə üzürmüş.
Xilas edilən 25 nəfər “Ocean Viking” QHT gəmisi tərəfindən götürülüb. Sağ qalanların sözlərinə görə, üç gün əvvəl qayığın mühərriki xarab olub və gəmidə nə yemək, nə də su olub. Bildirilir ki, xilas edilənlərin vəziyyəti "kritik"dir.