NATO-nun martın 15-də başa çatan Nordic Response 24 təlimi Şimali Finlandiyanın ərazisinə təxminən 10,6 milyon avro qazandırıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Finlandiya Müdafiə Qüvvələri məlumat yayıb. Tələb olunan materialların və xidmətlərin ümumi dəyəri təxminən 10,6 milyon avro təşkil edib. Söhbət xüsusilə yanacaq, ərzaq, kommunal xidmətlər və qar təmizləmədən gedir.
Finlandiyada 4100 fin əsgəri, 3000 isveç əsgəri, 400 fransız və 50 ingilis əsgəri təlim keçib.