Rusiya 227 ABŞ vətəndaşına sanksiya tətbiq edib
Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir.
Məlumata görə, Rusiya ABŞ administrasiyasının rusofob kursunda iştirak edən daha 227 ABŞ vətəndaşının ölkəyə girişini qadağan edir.
"Stop-list-in genişləndirilməsi ABŞ-a göstərmək məqsədi daşıyır ki, Rusiya Federasiyasına qarşı hər hansı aqressiv hərəkət cəzasız qalmayacaq və qəti cavab alacaq" - bəyanatda deyilir.