Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Litva prezidentinə Rusiya dövlətinin başçısına hörmət etməyi və onu dinləməyi tövsiyə edib.
Ucnoqta.az TASS-a istinadən xəbər verir ki, Kreml nümayəndəsi Baltikyanı respublikanın rəhbəri Gitanas Nausedanın sözlərinə belə cavab verib:
"Putindən qorxmaq lazım deyil. Putinə hörmət etmək və ona qulaq asmaq lazımdır" - Peskov bildirib.
Litva Prezidenti, ölkəsində Korrupsiyaya Qarşı Mübarizə Fondunun keçmiş rəhbərinə deyib ki, Litvada heç kim Putindən qorxmur.