"Cavab tədbirləri görüləcək" - Rusiya XİN

12:11 - 14 Mart 2024 - DÜNYA

Moskva iki rus diplomatının Vyana tərəfindən ölkədən çıxarılmasını qətiyyətlə pisləyir və cavab tədbirləri vaxtında görüləcək.

Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

"Avstriya hakimiyyəti Rusiyanın Avstriyadakı səfirliyinin iki diplomatını əsassız olaraq persona-non-qrata elan edib. Rusiya tərəfi Vyananın bu son qeyri-dost addımını qətiyyətlə pisləyir və bunun nəticələrinə görə məsuliyyət tamamilə Avstriya hakimiyyətinin üzərinə düşür. Vaxtında cavab tədbirləri görüləcək", - diplomatik departament vurğulayıb. .

Xatırladaq ki, Avstriya Xarici İşlər Nazirliyi bir gün əvvəl Rusiya səfirliyinin iki diplomatının martın 19-un sonuna qədər Avstriyanı tərk etməli olduğunu açıqlayıb.

Xəbər xətti