Argentina hökuməti hüquq-mühafizə orqanlarının odlu silahdan istifadə imkanlarını genişləndirib və bəzi hallarda xəbərdarlıq etmədən atəş açmağa icazə verib.
Ucnoqta.az xəbər verir ki, müvafiq qərar hökumət qəzetində dərc olunub.
Sənədə əsasən, asayiş keşikçiləri silahdan istifadə etməzdən əvvəl özünü tanıtmalı və “cinayət əməllərinə son qoymağı” tələb etməli, lakin xəbərdarlıq üçüncü şəxslərin və ya polis əməkdaşlarının həyatı üçün təhlükə yarada bilərsə, habelə bu tələbə əməl edərkən "aydın şəkildə uyğunsuzdur və ya faydasızdırsa" bu öhdəlikdən azaddırlar.
Fərman həmçinin polisə həyat üçün təhlükə yarandıqda və cinayətin qarşısını almaq üçün odlu silahdan istifadə etməyə icazə verir. Bundan əlavə, polis cinayətkarın qaçmasının qarşısını almaq üçün atəş aça biləcək.
Sənəddə göstərildiyi kimi, atəş açmaq üçün əsas kimi “silahın qaçılmaz istifadəsinə dəlalət edən hərəkətlər”, cinayət ortağının əlində silahın olması, habelə cinayətkarın əlində silahın olması əsas ola bilər.
Yeni qaydalar müəyyən edir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları qaydalara əməl etdikdə və əksini təsdiq edən məhkəmə qərarı olmadıqda, onların silahdan istifadəsinə məhdudiyyət qoyula bilməz.