Oman körfəzində Rusiya, İran və Çinin iştirakı ilə keçirilən “Dəniz təhlükəsizlik kəməri - 2024” hərbi dəniz təlimlərinin praktiki hissəsi başa çatıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin İnformasiya və Kütləvi Kommunikasiyalar Departamenti məlumat yayıb.
Qeyd olunur ki, iki günlük təlimlərdə rusiyalı dənizçilər İran və Çin donanmalarından olan həmkarları ilə birgə manevr və rabitə təlimləri keçirib, gecə-gündüz yerüstü və hava hədəflərini ağır pulemyotlardan və kiçik çaplı hərbi dəniz artilleriyasından atəşə tutublar, dəniz quldurları tərəfindən ələ keçirilən gəminin azad edilməsi üçün əməliyyat keçirilib.