Avropa Liqası: “Qarabağ” “Bayer”ə qarşı

05:48 - 14 Mart 2024 - İDMAN

Avropa Liqasının 1/8 finalında mübarizə aparan “Qarabağ” bu gün "Bayer"lə cavab matçına çıxacaq.

Ucnoqta.az xəbər verir ki,  Azərbaycan çempionu Almaniyanın “Bayer” klubunun qonağı olacaq.

Leverkuzendə, “BayArena”da keçiriləcək oyunu İngiltərədən olan hakimlər briqadası idarə edəcək.

Matçın baş hakimi Entoni Teylor, Qari Besvik və Adam Nunn isə ona kömək edəcəklər. Oyun Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Qeyd edək ki, Bakıda keçirilən "Qarabağ" - "Bayer 04" görüşü heç-heçə yekunlaşıb - 2:2.

Xəbər xətti