Şimali Koreya ən yeni tankı nümayiş etdirib
Ucnoqta.az-ın məlumatına grə, Koreya Mərkəzi Teleqraf Agentliyi (KCNA) xəbər verir ki, zirehli maşın şəxsən Şimali Koreya lideri Kim Çen In tərəfindən sınaqdan keçirilib.
KXDR tank ekipajları arasında keçirilən yarışlar bölmələr arasında keçirilib, onların məqsədi tankçıların praktiki bacarıqlarını ciddi şəkildə yoxlamaq və döyüş əməliyyatlarını təcrübədən keçirmək olub.
Tədbirdə Kim Çen In, müdafiə naziri Kanq Sun Nam və Koreya Xalq Ordusunun Baş Qərargah rəisi Li Yonq Qil iştirak ediblər.
Şimali Koreya lideri ən yeni tankın heyrətamiz döyüş qabiliyyətini, güclü zərbə qüvvəsini və manevr qabiliyyətini qeyd edib. Yarışdan sonra o, sürücünün yerini tutaraq zirehli maşının içərisinə daxil olub.