ABŞ Konqresinin Nümayəndələr Palatası ölkədə TikTok sosial şəbəkəsinin mümkün qadağası ilə bağlı qanun layihəsini dəstəkləyib.
Ucnoqta.az xəbər verir ki, bu abrədə C-SPAN kanalı məlumat yayıb.
Təşəbbüsün məqsədi platformanın istənilən “Çin tərəfindən idarə olunan qurum”, o cümlədən hazırda TikTok-a sahib olan ByteDance ilə əlaqələrini kəsməkdir. Konqresin aşağı palatasının 352 üzvü qanun layihəsinin lehinə, 65 konqresmen isə əleyhinə çıxış edib.
Qanunvericilər məşhur sosial şəbəkəni satmaq üçün ByteDance-ə altı ay vaxt verməyi təklif edirlər, əks halda TikTok ABŞ-da qadağan oluna bilər.