İsrail Hərbi Hava Qüvvələrinə məxsus pilotsuz uçuş aparatı Livanın cənubunda İslam müqavimət döyüşçülərini daşıyan avtomobili vurub.
Ucnoqta.az xəbər verir ki, Al Hadath telekanalının verdiyi məlumata görə, Fələstinin radikal HƏMAS hərəkatının üç üzvü həlak olub. Onların arasında maddi-texniki təminata cavabdeh olan səhra komandiri Hadi Mustafa da var.