Moskva İrəvanla təmasları davam etdirəcək və onun Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) gələcək üzvlüyü ilə bağlı vəziyyəti aydınlaşdıracaq
Ucnoqta.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.
"Əlbəttə, biz bu bəyanatları eşitmişik. Təbii ki, qarşıda çox iş var. Bizə həm KTMT çərçivəsində, həm də erməni tərəfdaşlarımızla ikitərəfli səviyyədə təmaslar lazımdır. Biz baş nazirin bəyanatlarına uyğun olaraq dəqiqləşdirib danışacağıq”, - deyə Kreml nümayəndəsi bildirib.