Putin uzun müddətdən sonra "Vaqner" qrupundan danışdı

09:14 - 13 Mart 2024 - DÜNYA

"Müdafiə Nazirliyi özəl hərbi şirkət "Vagner"ə dəstək verib, ancaq Rusiya qrupu olaraq və bundan artıq heç nə. 

Ucnoqta.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin müsahibəsində deyib. 

Onun sözlərinə görə, "Vaqner" əvvəlcə Suriyada bir neçə iqtisadi layihə həyata keçirib, daha sonra qrup digər Afrika ölkələrinə köçüb. Müdafiə Nazirliyi onlara yalnız Rusiya Federasiyasından bir qrup olaraq dəstək verdi.

Bundan əvvəl Vladimir Putin ölkədə özəl hərbi şirkətlərin olmadığını, “mövcud olmadığını” bildirmişdi. Rusiya liderinin sözlərinə görə, Vaqner PMC-nin adı sadəcə jurnalist adıdır və hüquqi baxımdan belə bir struktur olmayıb.

Xəbər xətti