Finlandiyanın NATO-ya daxil olması onun sərhədlərində rus qoşunlarının görünməsi deməkdir
Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin müsahibəsində deyib. O, ildirib ki, Finlandiyanın NATO-ya daxil olması onun sərhədlərində Rusiya Federasiyasını məğlub etmək üçün qoşun və sistemlərin meydana çıxmasına gətirib çıxaracaq.
“Ancaq orada qoşunlarımız yox idi, indi olacaq. Orada dağıdıcı sistemlər yox idi, indi onlar peyda olacaq”, - Rusiya lideri bildirib.
Putinin sözlərinə görə, neytrallıq İsveç və Finlandiyaya NATO-ya daxil olmaqdan daha çox üstünlüklər verib.