Oman körfəzində Rusiya, İran və Çin arasında “Dəniz təhlükəsizlik kəməri 2024” təlimlərinin aktiv mərhələsi başlayıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Varyaq” mühafizə-raket kreyseri və “Marşal Şapoşnikov” freqatının ekipajları “Dəniz təhlükəsizlik kəməri -2024” birgə beynəlxalq hərbi dəniz təlimi çərçivəsində İran və Çin Hərbi Dəniz Qüvvələrindən olan həmkarları ilə birgə taktiki manevr və rabitə təlimi keçirib”, - departamentdən bildirilib.
Xatırladaq ki, “Dəniz təhlükəsizlik kəməri - 2024” beynəlxalq hərbi dəniz təlimləri 2018-ci ildən bəri altıncı dəfə keçirilir.