Böyük İyirmilik Qrupuna (G20) sədrlik edən Braziliya Rusiya prezidentinə noyabrda Rio-de-Janeyroda keçiriləcək sammitə dəvət göndərib.
Ucnoqta.az xəbər verir ki, bu barədə TASS-a Braziliyanın G20 şerpası Maurisio Lirio bildirib.
Məlumata grə, ilkin tarix göstərilməklə G20-nin bütün üzvlərinə məktublar göndərilib.
Braziliya 2023-cü il dekabrın 1-dən G20-yə sədrlik edir. Assosiasiyanın 2024-cü ildə yekun sammiti noyabrın 18-19-da Rio-de-Janeyroda baş tutacaq.