Ukrayna Avropa İttifaqı ilə 6 milyard avroluq kredit sazişi imzalayıb və müvafiq memorandum imzalayıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Ukrayna Milli Bankının (UMB) mətbuat xidməti Telegram kanalında məlumat yayıb.
UBM-ya görə, Ukrayna indi "dövlət büdcəsinin cari ehtiyaclarını ödəmək üçün 6 milyard avroya qədər" qısamüddətli maliyyə yardımına arxalana bilər.
Tənzimləyici qeyd edib ki, memorandumda nəzərdə tutulan şərtlər yerinə yetirildiyi təqdirdə 4,5 milyard avro məbləğində birinci tranş martda, ikinci tranş isə apreldə 1,5 milyard avro həcmində ayrılacaq. Kredit güzəştli şərtlərlə verilir, maksimum ödəmə müddəti 35 il və əsas borcun qaytarılmasına tranşın UMB-nun hesabına daxil olmasından 10 il sonra başlanır.