ABŞ Kiyevə yeni yardım paketinə Stinger MANPADS, tank əleyhinə silahlar, hava hücumundan müdafiə sursatları, 155 mm-lik mərmilər və digər silahları daxil edəcək.
Ucnoqta.az xəbər verir ki, bunu jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə ABŞ Müdafiə Nazirliyinin mətbuat katibi Patrik Rayder deyib.
Onun sözlərinə görə, 300 milyon dollar dəyərində növbəti yardım paketinə Stinger MANPADS, HIMARS reaktiv yaylım atəş sistemləri üçün əlavə döyüş sursatları, 155 mm və 105 mm-lik artilleriya mərmiləri, 84 tank əleyhinə raket kompleksləri, döyüş sursatı, partlayıcı maddələr, hərbi texnika üçün ehtiyat hissələri və digər vasitələr daxildir. Rayderin sözlərinə görə, yeni yardım paketi əvvəllər ayrılmış vəsaitlərdən köçürüləcək.