Ən azı yeddi qeyri-qanuni miqrant Kanar adaları sahillərinə çatmaq istəyərkən həlak olub.
Ucnoqta.az xəbər verir ki, bu barədə EFE agentliyi məlumat yayıb.
Qran Kanariyanın 140 km cənubunda tapılan qayıqda 12 gün qaldıqdan sonra daha 12 nəfər ağır susuzluqla xəstəxanaya yerləşdirilib. Gəmidə ümumilikdə 38 nəfər sağ qalıb.