Bitkoinin qiyməti tarixi rekordu yenilədi

18:47 - 12 Mart 2024 - İQTİSADİYYAT

Ticarət zamanı bitkoinin dəyəri növbəti dəfə tarixi maksimumunu yeniləyərək 73 min dollara çatıb.

Ucnoqta.az xəbər verir ki, ​​Binance platformasının məlumatına görə, bitkoinin dəyəri 73 min dollara qədər artıb. Bitkoin artıq bu həftə bütün zamanların ən yüksək səviyyəsini bir neçə dəfə yeniləyib.

Əvvəlki maksimuma martın 5-də çatıb və 69,031 min dollar təşkil edib.

Xəbər xətti