Rusiya sərhədçiləri Ermənistanın Zvartnots hava limanını avqustun 1-dək tərk edəcək
Ucnoqta.az xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya sərhədçilərinin 2024-cü il avqustun 1-dək Zvartnots hava limanında xidmətini dayandıracağını bildirib.
"Rusiya sərhədçilərinə göndərilən mesaj, ilk növbədə, təşəkkür məktubudur. Bu məktubda tarix göstərilir - 1 avqust 2024-cü il. Məhz bu gündən etibarən Rusiya sərhədçiləri Zvartnots hava limanında xidmətini dayandıracaqlar. Bu, işdir, siyasi proses deyil,” - o, mətbuat konfransında deyib.