Martın 12-də Azərbaycan Mərkəzi Bankında (AMB) növbəti valyuta hərracı keçirilib.
AMB-dən Ucnoqta.az-a bildirilib ki, hərracda tələb 79,4 milyon ABŞ dolları təşkil edib və tam təmin olunub. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.