İrəvan Azərbaycanla sərhəddə mülki müşahidə missiyasının daha iki il uzadılmasını Avropa İttifaqı ilə müzakirə etməyə hazırdır.
Ucnoqta.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
"Aİ ilə münasibətlərimiz çox aktivdir. Nə yaxşı ki, biz yox, Aİ bəyan edir ki, Ermənistanla əlaqələr heç vaxt bu qədər dərin və güclü olmayıb. Ümid edirəm ki, yaxın gələcəkdə bunu bir dəfə təsdiq edəcək qərarlar veriləcək. Məsələn, təhlükəsizlik sektorunda biz Aİ ilə Azərbaycanla sərhəddə mülki müşahidə missiyasının daha iki il uzadılmasını müzakirə etməyə hazırıq”, - Paşinyan bildirib.