Almaniyada "Bayer 04" və "Qarabağ" komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyununun təyinatları açıqlanıb.
Ucnoqtat.az Report-a istinadən xəbər verir ki, qarşılaşma İngiltərədən olan hakimlər briqadasına tapşırılıb.
FIFA referisi Entoni Teylora Qari Besuik və Adam Nann kömək göstərəcək. Dördüncü hakim funksiyasını Endryu Medli yerinə yetirəcək. VAR-da Stüart Attuell, AVAR-da Carred Qavan Cillett (Avstriya) əyləşəcək.
Qeyd edək ki, Leverkuzendəki qarşılaşma martın 14-də, Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Bakıdakı ilk matç 2:2 hesabı ilə nəticələnib.