Rusiya Federasiyası Ermənistandan rus sərhədçilərinin Zvartnots hava limanında işini dayandırması barədə bildiriş alıb
Ucnoqta.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov TASS-a müsahibəsində bildirib. .
Peskov Ermənistanın baş naziri Nikol Paşinyanın İrəvan hava limanında Rusiya sərhədçiləri ilə bağlı bəyanatını şərh edərkən deyib:
"Həqiqətən də bununla bağlı departamentdən məktub daxil olub və hazırda əlaqələr idarələr vasitəsilə aparılır. Mən indi daha çox şey deyə bilmərəm. Təbii ki, bütün mümkün səviyyələrdə təmaslar davam edəcək" -Kremlin sözçüsü əlavə edib.