Hindistan beşinci nəsil qırıcı istehsalına başlayır

12:47 - 12 Mart 2024 - DÜNYA

Hindistanın baş naziri Narendra Modinin rəhbərlik etdiyi Təhlükəsizlik Komitəsi gizli elementləri olan beşinci nəsil qırıcının (Advanced Medium Combat Aircraft, AMCA) layihəsini və qarşıdan gələn istehsalını təsdiqləyib.

Ucnoqta.az TASS-am istinadən xəbər verir ki, bu barədə ANI agentliyi hökumətdəki mənbələrə istinadən yazıb.

Məlumata görə, yaxın beş il ərzində beşə qədər qırıcı prototipinin yaradılması planlaşdırılır. 200-dən çox AMCA təyyarəsinin seriya istehsalı Hindustan Aeronautics Limited (HAL) dövlət şirkətinin müəssisələrində özəl firmalarla birgə həyata keçiriləcək.

Gözlənildiyi kimi, beşinci nəsil qırıcı Hindistan Hərbi Hava Qüvvələri tərəfindən 2030-cu ildən tez olmayaraq qəbul edilə bilər. Bu təyyarələrin ilk iki eskadrilyası Amerika istehsalçısı GE Aerospace şirkətinin GE-414 mühərrikləri ilə təchiz olunacaq. Hindistan hazırda qalan AMCA-lar üçün daha güclü mühərriklər hazırlamaq üçün bu korporasiya ilə danışıqlar aparır.

Xəbər xətti