Haitinin baş naziri Ariel Henri istefa verib.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Bildirilir ki, Yamaykada keçirilən beynəlxalq danışıqlardan sonra Qayana prezidenti İrfaan Əli Haiti baş naziri Ariel Henrinin siyasi keçid dövründə istefa verəcəyini açıqlayıb. Hakimiyyət müvəqqəti olaraq Keçid Prezident Şurasına keçəcək.
Qeyd edək ki, Henri 2021-ci ildə ölkə prezidenti Jovenel Moisenin ölümündən iki gün əvvəl baş nazir təyin edilib.