Kuril adaları və Kamçatka yaxınlığında zəlzələ olub

08:55 - 12 Mart 2024 - DÜNYA

Seysmoloqlar Oxot dənizində Kuril adalarının şimal qrupu (Saxalin bölgəsi) və Kamçatka yarımadasının cənub ucunda 4,8 bal gücündə zəlzələ qeydə alıblar.

Ucnoqta.az xəbər verir ki, bu barədə TASS-a Rusiya Elmlər Akademiyasının Vahid Dövlət Yerelmləri Federal Tədqiqat Mərkəzinin Kamçatka bölməsindən məlumat verilib.

Bildirilir ki, zəlzələnin episentri Severo-Kurilskdən (Paramuşir adası, Kuril adaları - TASS-ın qeydi) 14 km aralıda yerləşib.

Yeraltı təkanlar barədə əlavə məlumatlar toplanır.

Xəbər xətti