İsveç Kralı XVI Karl Qustav Mexikoya rəsmi səfərə gəlib.
Ucnoqqta.az xəbər verir ki, bu barədə Meksika Xarici İşlər Nazirliyi X-dəki səhifəsində məlumat verib.
Bildirilir ki, bu, İsveç monarxının Meksikaya üçüncü dövlət səfəri olacaq. İlk iki səfər 1982 və 2002-ci illərdə baş tutub.
Meksika Xarici İşlər Nazirliyi qeyd edib ki, səfər proqramına respublika prezidenti Andres Manuel Lopez Obrador ilə görüş və Yukatan yarımadasına səfər də nəzərdə tutulub.