Yəmənin üsyançı Ənsar Allah hərəkatının husiləri Qırmızı dənizdə ABŞ-a aid olduğu müəyyən edilən "Pinocchio" ticarət gəmisinə hücum edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə hərəkatın hərbi nümayəndəsi Yəhya Səriya bildirib.
"Yəmən donanması Qırmızı dənizdə əməliyyat keçirərək, Amerikanın "Pinocchio" gəmisinə bir neçə gəmi əleyhinə raket zərbəsi endirib. Zərbə dəqiq olub", - Saria Husilərə məxsus Al Masirah telekanalında deyib.
Ənsar Allah sözçüsü həmçinin bildirib ki, husilər müsəlmanların müqəddəs Ramazan ayında "məzlum Fələstin xalqına dəstək və yardım məqsədilə" hərbi əməliyyatlarını genişləndirmək niyyətindədirlər.
“Marine Traffic” gəmi izləmə xidmətinin məlumatına görə, “Pinocchio” konteyner gəmisi Səudiyyə Ərəbistanının Ciddə şəhərindən Süveyş kanalı limanlarından birinə Liberiya bayrağı altında üzür.