Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) öz məsuliyyət zonasından kənarda sülhməramlı təşəbbüslərdə iştirakını genişləndirməyi hədəfləyir.
Ucnoqta.az xəbər verir ki, bu barədə TASS-a müsahibəsində təşkilatın baş katibi İmanqali Tasmaqambetov bildirib.
Tasmaqambetov xüsusilə vurğulayıb ki, sülhməramlı trasın genişləndirilməsi BMT kimi nüfuzlu beynəlxalq təşkilatlarla sıx qarşılıqlı əlaqə olmadan mümkün deyil.