Çinin şimalındakı Şansi əyalətindəki kömür mədənində baş verən qəza 5 nəfərin ölümünə səbəb olub, daha iki nəfər isə itkin düşüb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
Məlumata görə, fövqəladə hadisə bazar ertəsi Pekin vaxtı ilə saat 22:45-də Çjonqyan qraflığında baş verib. Qeyd edildiyi kimi, kömür bunkerində çökmə baş verib.
Xilasedicilər itkin düşənlərin axtarışlarını davam etdirirlər. Faktla bağlı araşdırma aparılır.