Almaniyada silsilə tətillər başlayıb

21:12 - 11 Mart 2024 - DÜNYA

Almaniyada nəqliyyat işçilərinin silsilə tətilləri yenidən başlayıb.

Ucnoqta.az xəbər verir ki, yerli vaxtla saat 18:00-dan yük qatarının maşinistləri fəaliyyətini dayandırıb, çərşənbə axşamı gecə onlara sərnişin qatarının maşinistləri də qoşulacaq.

GDL həmkarlar ittifaqı əmək haqqının ayda 555 avro artırılmasını və bəzi işçilər üçün iş həftəsinin 38 saatdan 35 saata endirilməsini tələb edərək tətilə çağırıb. Danışıqlar 2023-cü ilin noyabr ayının əvvəlindən davam edir.

Xəbər xətti