NATO-nun baş katibi Yens Stoltenberq Fransa prezidenti Emmanuel Makronun Qərb qoşunlarının Ukraynaya göndərilməsi ilə bağlı bəyanatını dəstəkləmədiyini bildirib.
Ucnoqta.az xəbər verir ki, Stoltenberq Reuters-ə müsahibəsində deyib.
“NATO-nun Ukraynaya qoşun yeritmək planı yoxdur, nə alyans, nə də onun müttəfiqləri münaqişə tərəfi deyil”, - Baş katib qeyd edib.
Makronun Qərb qoşunlarının Ukraynaya mümkün daxil olması ilə bağlı səhvə yol verib-verməməsi sualını cavablandıran NATO-nun baş katibi bu kimi məsələlərdə ümumi yanaşmaya riayət etməyin vacibliyini vurğulayıb. O qeyd edib ki, ayrı-ayrı NATO ölkəsinin münaqişəyə müdaxiləsi üzvləri “kollektiv müdafiə” prinsipi ilə bağlı olan bütün alyansa təsir edəcək.