Rusiya səfiri Moldova XİN-ə çağrıldı

19:45 - 11 Mart 2024 - DÜNYA

Moldova Xarici İşlər Nazirliyi Rusiya səfirini martın 17-də Rusiyada keçiriləcək prezident seçkiləri üçün tanınmamış Dnestryanı bölgədə səsvermə məntəqələrinin açılması planları ilə bağlı yayılan xəbərlərdən sonra Rusiya səfirini çağırıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Moldova XİN-in teleqram kanalında yayılan bəyanatda deyilir.

Bildirilib ki, Rusiyanın Kişinyovdakı səfiri Oleq Vasnetsov Xarici İşlər Nazirliyinə çağırılıb. Görüş zamanı rusiyalı diplomat Moldovanın Dnestryanı bölgəsində seçki məntəqələrinin açılması qərarı ilə razılaşmadığı barədə məlumatlandırılacaq.

Xəbər xətti