Ermənistanın Rusiyaya qarşı hər hansı addım atması təxribatdır.
Ucnoqta.az xəbər verir ki, parlamentin regional məsələlər və Avrasiyaya inteqrasiya məsələləri üzrə daimi komissiyasının sədr müavini, baş nazir Nikol Paşinyanın partiyasının üzvü Vaqarşak Akopyan bildirib ki, Moskva İrəvanın müttəfiqi olaraq qalır.
"Ermənistan heç bir ölkəyə, xüsusən də Rusiyaya qarşı heç bir iş görmür. Çünki indiyə qədər biz Rusiyanın müttəfiqi və eyni iqtisadi zonada yerləşən ölkə hesab olunuruq. Bizim bəzi addımlarımızın Rusiyaya qarşı yönəldiyini qiymətləndirmək sadəcə təxribatdır və reallıqla heç bir əlaqəsi yoxdur. Biz bütün tərəfdaşlarımızla normal münasibətdə olmaq üçün əlimizdən gələni edirik və heç kimə qarşı işləməyək. Biz heç kimə qarşı işləyə bilmərik. Əgər bunu kiməsə qarşı işləmək kimi qəbul etmək olarsa, biz Ermənistanın xeyrinə işləyirik, mən hesab edirəm ki, bu, yanlış qiymətləndirmə və siyasi vəziyyətin düzgün şərhi deyil”.