Türkiyə Maldiv Respublikasına öz istehsalı olan Bayraktar TB2 hücum dronlarının tədarükü prosesinə başlayıb.
Ucnoqta.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, söhbət altı qurğudan ibarət hava qanadının və onlar üçün monitorinq və idarəetmə sisteminin tədarükündən gedir.
2023-cü ildə Maldiv adalarının prezidenti Mohamed Muizzou Türkiyədə ölkə rəhbərliyi ilə danışıqlar aparıb, bəzi müdafiə müəssisələrinə baş çəkib. Həmin vaxt onun türk PUA-larını almaqda maraqlı olduğunu ifadə etdiyi güman edilir.
İndi Maldiv adaları ilə birlikdə Bayraktar pilotsuz təyyarələrinin çatdırılma coğrafiyası 34 ölkəni əhatə edir. İlk ixrac müqaviləsi 2018-ci ildə Qətərlə bağlanıb. Bundan sonra digər ölkələrlə müqavilələr imzalanıb və Türkiyənin PUA-ları hazırda bir sıra NATO və Aİ ölkələri tərəfindən qəbul edilib.