“Mançester Siti” ilə qarşılaşma 2023/2024 mövsümündə “Liverpul”un ən yaxşısı olub.
Ucnoqta.az "Sky Sports"a istinadən xəbər verir ki, bunu "Liverpul"un baş məşqçisi Yurgen Klopp İngiltərə Premyer Liqasının (APL) 28-ci turunun 1:1 hesablı heç-heçə ilə başa çatan son görüşünü şərh edərkən deyib.
“Həqiqətən yaxşı futbol matçı oldu. Bu, “Mançester Siti”yə qarşı göstərdiyimiz ikinci hissədə ən yaxşı çıxışımız idi. Ümumilikdə oyundan çox razıyam. Əla oyun, Əla atmosfer, Əla gündür”, - Klopp bildirib.
Liverpulun "Enfild" stadionunda keçirilən görüş heç-heçə ilə yekunlaşıb. Qolları “Liverpul”un futbolçusu Mak Allister və “Mançester Siti”nin futbolçusu Co Stounz vurub.