Bayden 24 saat ərzində 10 milyon dollar qazandı

00:12 - 11 Mart 2024 - DÜNYA

ABŞ prezidenti Co Baydenin kampaniyası Konqresə illik müraciətindən sonra hər gün tərəfdarlarından 10 milyon dollar ianə alıb. 

Ucnoqta.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Qeyd edilir ki, vəsait 24 saat ərzində toplanıb ki, bu da belə məbləğin toplanması üzrə rekord göstəricidir. Bundan sonra seçki qərargahı ABŞ-ın keçmiş prezidenti Donald Trampın vəsait toplamaqda uğursuzluqlar yaşadığını qeyd edib.

“Bizim başsağlığımız digər oğlana və onun uğursuz kampaniyasına gedir. Belə çıxır ki, qadınların hüquqlarına hücum etmək, varlılar üçün vergiləri azaltmaq və Amerika demokratiyasına zərbə vurmaq heç də uduşlu mesaj deyil”, - Bayden kampaniyasının meneceri Julie Chavez Rodriguez Tramp haqqında deyib.
 

Xəbər xətti