Bəzi NATO ölkələrinin hərbçiləri artıq Ukraynadadır

20:37 - 10 Mart 2024 - DÜNYA

NATO-ya üzv olan bəzi ölkələrin hərbi qulluqçuları artıq Ukrayna ərazisindədir.

Ucnoqta.az xəbər verir ki, bBunu Polşanın xarici işlər naziri Radoslav Sikorski Polşanın Alyansa üzvlüyünün 25 illiyi mövzusunda müzakirələr zamanı deyib. Lakin diplomat konkret ölkələr və onların sayının adını çəkməkdən imtina edib.

Həmçinin Polşanın baş diplomatı Fransa prezidenti Emmanuel Makronun NATO qoşunlarının Ukraynaya göndərilməsi təşəbbüsünü dəstəkləyib, çünki bu, Rusiyanın planlaşdırdığı ssenarini pozacaq “ixtiraçı addımdır”.

Onun sözlərinə görə, Rusiya Ukraynaya hücum etməklə sivilizasiya baxımından Qərb dəyərlərini qəbul etməyə qadir olmadığını və qonşuları ilə dinc yanaşı yaşaya bilməyəcəyini göstərdi. Buna görə də, Sikorskinin fikrincə, NATO əvvəlki roluna qayıtmalıdır.

Xəbər xətti