Virtz “Qarabağ”la oyundan DANIŞDI

14:25 - 8 Mart 2024 - İDMAN

“Qarabağ” matça çox yaxşı hazırlaşmışdı. Hətta qələbə də qazana bilərdilər”.

“Report” xəbər verir ki, bunu UEFA Avropa Liqasının 1/8 final mərhələsində keçirilən “Qarabağ” - “Bayer” matçından sonra qonaqların üzvü Florian Virtz almaniyalı jurnalistlərə açıqlamasında bildirib.

Almaniya millisinin üzvü Ağdam təmsilçisinin çox inamlı oynadığını vurğulayıb:
“Qarabağ” ilk hissədə möhtəşəm oyun sərgilədi. Layiq olduqları iki qolu vurdular. İkinci hissədə şanslarımızdan istifadə etdik. Son dəqiqələrdə qələbə qolunu da vura bilərdik”.

Qeyd edək ki, “Qarabağ” Avropa Liqasının pley-off mərhələsində Almaniyanın “Bayer 04” klubu ilə heç-heçə (2:2) edib. Komandalar arasında cavab oyunu martın 14-də Leverkuzen şəhərində gerçəkləşəcək.

Xəbər xətti