Bakıda UEFA Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyununda "Qarabağ" Almaniyanın "Baayer 04" komandasını qəbul edib.
Ucnoqta.az xəbər verir ki, Tofiq Bəhramov adına stadionunda keçirilən qarşılaşma heç-heçə (2:2) bitib.
Qolları "Qarabağ"dan Yassin Benzia (26), Olavio Juninyo (45+2), "Bayer"dən Florian Virtz (70), Patrik Şik (90+2) vurub.
Qeyd edək ki, komandalar arasında cavab oyunu martın 14-də Leverkuzendə keçiriləcək.
7 mart
UEFA Avropa Liqası
1/8 finalın ilk oyunu
21:45. "Qarabağ" (Azərbaycan) - "Bayer" (Almaniya) - 2:2
Qol: Yassin Benzia, 26 (1:0), Juninyo, 45+2 (2:0), Florian Virtz, 70 (2:1), Patrik Şik, 90+2 (2:2)
Hakimlər: Benoit Bastian, Hiçam Zakrani, Aurelien Bertomieu (Fransa)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu